İlham Əliyev ilk dəfə 2003-cü ildə prezident seçildikdən bəri Azərbaycan xalqına verdiyi vədlərin hamısını yerinə yetirdi – Şahin İsmayılovbackend

Məlum olduğu kimi, ölkə prezidenti konstitusiyanın ona verdiyi hüquqdan istifadə edərək Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib. Düşünürəm ki, seçkilərin keçiriləcəyi 7 fevral 2024-cü il Azərbaycan tarixinin yeni inkişaf mərhələsinin başlanğıcı olacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə adını tariximizə qızıl hərflərlə yazdı. Ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə regionun gələcək inkişafına təsir göstərəcək. Qlobal səviyədə Cənubi Qafqaza olan maraq indi əvvəlkindən daha çoxdur. Heç şübhəsiz ki,Cənubi Qafqazın əsas güc mərkəzi olan Azərbaycana da diqqət əvvəlkindən də daha artıq olacaq.
Prezident İlham Əliyev ilk dəfə 2003-cü ildə prezident seçildikdən bəri Azərbaycan xalqına verdiyi vədlərin hamısını yerinə yetirdi. Bir siyasi rəhbərin verdiyi bütün vədləri yerinə yetirməsi dünyada çox az rast gəlinən hallardandır. Gərgin regionda yerləşən Azərbaycan sabitlik mərkəzi olmaqla yanaşı, qlobal səviyədə də ciddi partnoyara çevrildi. Sözü imzası qədər güclü olan Prezident İlham Əliyev qlobal səviyyədə hörmət olunan, sevilən və ciddi etibar qazanmış liderdir. Azərbaycan qlobal səviyədə ciddi aktor olmaqla yanaşı, bəzi proseslərə yön verən dövlətə çevrildi.
7 fevral seçkiləri Azərbaycan xalqı üçün bayram abu-havasında keçəcək. Müdrik xalqımız Müzəffər Ali Baş Komandana öz sevgisini göstərərək Azərbaycanın yeni inkişaf mərhələsinə səs verəcəklər. Bu seçkilər öncəki seçkilərdən fərqlənəcək. Seçkilər bütöv və suveren Azərbaycanın hər yerində keçiriləcək. Həmçinin yenilənən, qurulan, öz tarixi yiyələrinə qovuşan işğaldan azad olunmuş torpaqlarda keçiriləcək. Azərbaycan xalqı böyük coşqu və sevgi ilə öz Müzəffər liderinə, nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən Prezident İlham Əliyevə səs verəcəklər.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov