İş axtaranların NƏZƏRİNƏ!backend

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyası vəzifələr üçün vakansiyalar elan edib.

Həmin siyahını təqdim edirik:

— “Gəmi sürücülüyü” fakültəsinə dekan

— “Gəmi mexanikası və elektromexanikası” fakültəsinə dekan

— “Gəmi elektroavtomatikası” kafedrasına müdir.

Dekan olmaq istəyən namizədlərdən tələblər:

— Kadr hazırlığı aparılan ixtisaslara uyğun elmi ad və dərəcə

— Ən azı 5 il elmi-pedaqoji təcrübə

— Peşə-ixtisas hazırlığı.

Kafedra müdiri olmaq istəyən namizədlərdən tələblər:

— Profilə uyğun peşə-ixtisas hazırlığı

— Elmi ad və dərəcə

— Ən azı 5 il elmi-pedaqoji təcrübə.

Sənədlər rektorun adına yazılmış ərizə ilə birgə ADDA-nın əsas binasına (Bakı şəhəri, akademik Zərifə Əliyeva küçəsi 18) təqdim edilməlidir.

Müraciət üçün son tarix: 18.09.2022

Əlaqə telefonu: 404 37 00 (daxili 3220)