İsmayıllıda  Od çərşənbəsi qeyd olunubbackend

İlin axır çərşənbələrindən ikincisi xalq arasında “Üskü çərşənbə”, “Addı çərşənbə” kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarı yandırırlar.

İsmayıllıda da bayram ənənəsinə sadiq qalaraq mərkəzi meydanda bayram tonqalı qalanıb. Tədbirdə rayon rəhbərliyi və rayon sakinləri iştirak edib. Bayram tədbirində çıxış edənlər Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarlarının yaşadığını vurğulayıblar, ismayıllıları bayram münasibətilə təbrik edib, sevinc dolu günlər, bolluq, bərəkət arzulayıblar. Sonra bayram tonqalı alovlandırılıb. Bir birindən gözəl musiqilər səsləndirilib.

Bir 1 kişi ve ayakta görseli olabilirBir 1 kişi ve ayakta görseli olabilirBir 8 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 2 kişi ve ayakta duran insanlar görseli olabilir