İsrailin müdafiə naziri Bakıdan paylaşım edib: “Azərbaycana səfərim qısa və uğurlu oldu”backend

İsrailin müdafiə naziri Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.

O, bulvarda səhər qaçışına çıxıb.

“Bakıdan sabahınız xeyir”, – nazir tviterdə yazıb.

Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.

Qeyd edək ki, Y.Qallant Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olub. O, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.

Görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.