İşsizlərə çiyələk yığmaq təklif edilibbackend

Böyük Britaniya hökuməti tələbələrə və işsizlərə çiyələk mövsümündə məhsul yığmaq üçün sahələrdə işləməyi təklif edib. Day.Az xəbər verir ki, bu barədə müraciət Krallığın saytında yerləşdirilib.

Məlumatda tələbələr, işi olmayan şəxslərdən yalnız çiyələk mövsümündə deyil, ümumiyyətlə kənd təsərrüfatında yardım etmələri, bostan bitkiləri və meyvə yığımında iştirak etmələri xahiş olunub.

Qeyd olunur ki, bununla hökumət fermerlərə kömək etmək niyyətindədir: “İnanırıq, Britaniya vətəndaşları bu çətin dönəmlərdə ölkə iqtisadiyyatına kömək edəcəklər”.Qeyd edək ki, daha öncə Estoniya da belə bir təkliflə çıxış etmişdi.