Koronavirusdan ölənlərin dəfni ilə bağlı qaydalar açıqlanıbbackend
Koronavirusdan vəfat edən şəxslərin dəfni ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirələr aparılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini müzakirələrə qatılıb. Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələri və razılaşdığı sənədlər var. QMİ-nin mövqeyi də burada ifadə olunub.
 Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni TV”yə bildirib.

Komitə sədri bildirib ki, razılaşmaya əsasən, vəfat edən şəxslərin dəfn edilməsində müəyyən tibbi qaydalar var.

“Dini baxımdan qaydalara yeni təklif gətirilməyib. Əgər müsəlman şəxs vəfat edibsə, islami qaydalara uyğun dəfn olunur, imam iştirak edir və bütün ayinlər icra olunur. Yenilik tibblə bağlıdır ki, qoruyucu vasitələrdən istifadə edilsin. Dəfn mərasimində yalnız ailə üzvlərinin iştirakı nəzərdə tutulur”.

M.Qurbanlı bildirib ki, koronavirusdan vəfat edən şəxslərin dəfni ilə məşğul olması üçün imamların siyahıları yerlərdəki məscidlərə göndərilib.

“Həmin imamlar dəfn mərasiminə çağrılır və iştirak edir. Məscidlərin hamısında lazımi siyahı üzrə imamlar var”.//Azvision