Lənkəranda “Erkən nikahların və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər” adlı yeni bir layihənin icrasına başlanılıbbackend

Layihə 01 dekabr 2023-cü il – 29 fevral 2024-cü il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 8500 manat təşkil edir. Layihənin məqsədi Azərbaycanda erkən nikahlar və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər çərçivəsində gənclərin və gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.

Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, ölkə üzrə 18-29 yaş arası 25 nəfər gənc və gənc ailə təmsilçisi seçilərək onlar üçün erkən nikahlar və qohum evliliyi mövzusunda Lənkəranda 2024-cü ilin 05-07 yanvar tarixlərində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır.

Layihədə iştirak etmək istəyən gənclər 20 dekabr 2023-cü il, saat 24.00-adək təşkilata müvafiq ərizə ilə müraciət edə bilərlər:

https://docs.google.com/…/1FAIpQLSexZPWehkMDbF…/viewform
Nəticələr 30 dekabr 2024-cü il tarixində elan olunacaqdır!
OXŞAR LAYİHƏLƏRİMZDƏ İŞTİRAK EDƏN GƏNCLƏRİN TƏKRAR MÜRACİƏT ETMƏLƏRİ TÖVSİYƏ OLUNMUR!!!
#MAGİYA #AzGF #Erkənnikahlar #Qohumevliliyi #Məişətzorakılığı #Boşanmalar