Dünyanın hər yerində, hər saatında yeni insanlar doğulur,böyüyür və mövqe tutur.
Həyatda mütləq ki,zəfər,xeyirxahlıq,yaxşılıq və kamillik qalib gəlir. Bəziləriniz bununla razılaşmaya bilər,amma,yaxşı jurnalist araşdırması daima faktlarla əhatəli olmalıdır.
Yuxarıda adını çəkdiyim xüsusiyyətlər bir insanda toplaşanda o az qala bütün cəmiyyəti dəyişməyə qadir olur.
Yaşadıqca yolumuz başqa başqa insanların yanından keçir. Ustalar,müəllimlər,dərzilər,həkimlər və s. Əslində bütün peşələr insanlara və insanlığa xidmət üçündür. Eynilə həkimlik kimi. Cərrahın illərlə qazandığı bilik və təcrübələr zamanı gəldiyində neçə insana,neçə ailəyə sevinc gətirir. Artıq çəkidən əziyyət çəkən insanların bu xəstəlikdən qurtulması onlara verilən ən böyük luks və komfortdur. Bu komfortu illərdir xəstələrə geri qaytaran,onlara yeni həyat bəxş edən Doktor Ruslan Ağayevin doğum günüdür. Ona şərəfli və çətin peşə və həyat yolunda uğurlar və can sağlığı arzu edirik. Təki bütün xəstələri həmişə olduğu kimi özgüvən və sevinc hissi ilə onun otağını tərk etsin.