Mehriban Əliyeva: Bütün balaları səmimi-qəlbdən təbrik edirəm! (FOTO)backend

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.

Gulustan.info xəbər verir ki, paylaşımda deyilir:

«Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu nurlu, gözəl gün münasibətilə bütün balaları səmimi-qəlbdən təbrik edirəm! Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram! Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!».

Birinci vitse-prezident Mehriban Əliyeva: Bütün balaları səmimi-qəlbdən təbrik edirəm!  (FOTO) - Gallery Image