Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.
Gulustan.info xəbər verir ki, paylaşımda deyilir:
«Hörmətli həmvətənlər!
Sizi əlamətdar hadisə — Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!».