“Mehriban Əliyevanın bu diqqəti Azərbaycanı bölmək istəyən qüvvələrə də mesajdır”backend

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu müraciəti bir daha göstərir ki, dövlət rəhbərliyindəki şəxslər baş verən bütün proseslərə çox diqqətlə yanaşırlar, hər bir vətəndaşımızın Azərbaycanın dövlət maraqları naminə məşğul olduğu işə ürəklə münasibət göstərirlər”.

 

Bunu “MediaPost”a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

 

Onun fikrincə, Mehriban Əliyeva döyüş bölgəsində baş verən hadisələrə cəmiyyətin, sosial media istifadəçilərinin, xaricdə yaşayan azərbaycanlıların verdiyi bütün reaksiyaları çox yaxından izləyir. Buna görə də hər kəsə təşəkkürlə öz fikrini bildirir:

 

“Düşünürəm ki, dövlətin ali rəhbərlərindən biri olan Mehriban xanımın bu diqqəti Azərbaycanı bölmək istəyən qüvvələrə də mesajdır. Yəni Azərbaycanı içəridən vurmaq, xalqı bir-birinə qarşı qoymaq, cəmiyyətlə hakimiyyət arasında uçurum yaratmaq istəyən qüvvələr hər zaman olduğu kimi, əllərindən gələni etdilər. Ancaq nəticədə, Azərbaycan xalqının böyük bir hissəsi küçələrə çıxaraq Ali Baş Komandana öz sədaqətlərini ifadə etdilər. Onun rəhbərliyi ilə düşmənə qarşı vuruşmaq istədiklərini bildirdilər. Sonrakı günlərdə Prezident bu dəstəyi dəyərləndirdi və nəticədə, on minlərlə insan çağırış məntəqələrinə gedərək savaşda olmaq istədiklərini rəsmi şəkildə bildirdilər. Bu prosesləri Mehriban xanım da yaxından izləyir, qürurlanır, sevinir və buna görə öz təşəkkürünü bildirməyi lazım hesab edir. İstər Azərbaycanın daxilində, istərsə də xaricdə millətin birlik nümayiş etdirməsi bizim üçün olduqca vacib məqamdır”.