“Mehriban xanım Əliyevanın vətən və xalq qarşısında misilsiz xidmətləri daim böyük razılıqla qarşılanıb”- DEPUTATbackend

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub. Mehriban Əliyevanın tapşırığına əsasən, Tovuz rayonu istiqamətlərində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının daim Fondun nəzarətində olacağı bildirilib. Qarşıdakı günlərdə Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcək.

 

Bununla bağlı Sonxeber.az-a danışan İqbal Məmmədov bildirib ki, şəhidlərimiz bizim fəxr və qürur yerimizdir:

 

“Dövlət tərəfindən hər zaman şəhid ailələrinə, vətən uğrunda yaralanaraq əlil olan oğul və qızlarımıza qarşı hər zaman böyük diqqət olub.Eyni zamanda şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması dövlətimizin əsas məqsədlərindən biridir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hər bir azərbaycanlıya həmişə xüsusi qayğı ilə yanaşıb. Eləcə də şəhid ailələrinə.

 

“Mehriban xanım Əliyevanın Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verməsi onun növbəti humanist addımlarından biridir. Bilirsiniz ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əlieyva vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq öz diqqət və qayğsını əskik etməyib. Koronavirus pandemiyası dövründə də Mehriban xanım Əliyeva necə böyük ürəyə sahib olduğunu sübut edərək bir illik əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladı.

 

Mehriban xanım Əliyeva Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində tarixi həqiqətlərin dünyaya çatdırılması, mədəniyyətimizin, xalq musiqilərimizin, bənzərsiz muğamlarımızın inkişafı, mənəvi sərvətlərimizin qorunması, beynəlxalq aləmdə daha yaxından tanınması kimi şərəfli və məsuliyyəti missiyanı öz üzərinə götürüb.

 

Birinci vitse-prezident təyin olunmasından keçən müddət ərzində Mehriban xanım Əliyevanın vətən və xalqı qarşısında misilsiz xidmətləri artıb, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, həqiqətlərimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, dünya xalqlarının mədəniyyətinə inteqrasiyası istiqamətində gördüyü işlər, atdığı addımlar xalq tərəfindən daim böyük razılıqla, qarşılanıb.

 

Bu gün Mehriban xanım Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakteri ilə tarixə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini yazır. Mehriban xanım Əliyevanın elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı Azərbaycan qadınının modern tələblərə uyğun obrazı bu nəcib xanımın timsalında dünyaya nümayiş etdirilir. Düşünürəm ki, Mehriban xanım Əliyevanın Tovuz istiqamətində qəhrəmancasına şəhid olan 12 hərbi quluqçularımızla bağlı Heydər Əliyev Fonduna tapşırıq verməsi onun mərd, vətəninə, xalqına necə bağlı olduğunu bir daha sübut etdi”.