Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN loqin üzərində yüklülük nəticəsində texniki problem yaranıb.
Bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.
Xatırladaq ki, bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilməsi nəzərdə tutulurdu.
Ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılacaq.