Millət vəkili seçiciləri ilə görüş keçirdi – FOTObackend

Bu gün 30 saylı Suraxanı birinci seçki dairəsindən seçilmiş deputat Sevinc Fətəliyevanın növbəti qəbulu keçirilib.

Karantin qaydalarına əməl etməklə vətəndaşları qəbul edən deputat onların təklif və şikayətlərini dinləyib. Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb, bir neçə məsələ yerindəcə həllini tapıb.

Diğər məsələlərin həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlərin ünvanlanması qərara alınıb.