Millət vəkili Sevinc Fətəliyeva seçiciləri onlayn qəbul edibbackend

Xüsusi rejimli karantin dövründə seçiciləri deputat Sevinc Fətəliyeva ilə onlayn əlaqə saxlayır. Əsasən telefon vasitəsilə problemləri barədə millət vəkilinə müraciatlər edirlər.

Belə ki, günün ikinci yarısı millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada seçicilər əlaqə saxlayıb və ona mövcud problemlər barədə məlumat veriblər. Fərdi qaydada dinlənilən 16 seçicinin məşğulluq, sosial və tibbi yardımlarla bağlı müraciətləri nəzarətə götürülüb, bir qismi operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlara ünvanlanmışdır. Müraciətlər əsasən şəxsi məişət problemləri ilə bağlı olub.