Millət vəkili vətəndaşlarla növbəti dəfə görüş keçirib – FOTOLARbackend

01 Fevral 2025-ci ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonu Ərəbqardaşbəyli kənd tam orta məktəbdə vətəndaşlarla görüşü keçirildi.

İlk öncə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verdi.

Ardınca, Millət Vəkili Günay Ağamalı seçicilərin səsləndirdiyi müraciətlər və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırdı.

3 kişi görseli olabilir7 kişi ve takım elbise görseli olabilir3 kişi ve hastane görseli olabilir2 kişi, gülümseyen insanlar ve hastane görseli olabilir