Milli Məclis generalın hesabatını qəbul edibbackend

Milli Məclisin bu gün keçirilən iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı təqdim olunub.
Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.

Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.