Milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinə əsaslanan əzmkar fəaliyyət -Fotolarbackend

Son illər ərzində qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb. Fondun vətəndaşların hər bir müraciətinə həssas münasibəti, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əzmkar fəaliyyəti, təhsil, səhiyyə,mədəniyyət,və idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi bu qurumun ən ali ideallara xidmət etdiyini təsdiqləyir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın son dövrdə atdığı addımlar, onun vətənpərvərliyinin və xeyirxahlığının danılmaz sübutudur.

Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai mövqeyi onu hər kəsə örnək edib. Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alıb. Hazırda ölkəmiz müasirləşir, müxtəlif istiqamətlərdə inkişaf edir, cəmiyyətin demokratikləşməsi istiqamətində uğurlu addımlar atılır. Bu gün Azərbaycan stabil əsaslara söykənərək irəli gedir və inkişafına görə lider ölkələr sırasında yer alıb. Prezident İlham Əliyevin düşünülmüş ugurlu siyasətinin dəstəkçisi Birinci vitse- prezident Mehriban Əliyeva coxşaxəli fəaliyyətində yorulmaq bilmir. Mehriban xanım Əliyevanın fəaliyyəti müasir Azərbaycanın inkişaf tarixində xüsusi yerə malikdir.

Heydər Əliyev Fondu tərəfindən bu zamana qədər müxtəlif sahələri əhatə edən və böyük əhəmiyyətə malik olan çoxsaylı layihələr reallaşdırılıb. Bu layihələrin hamısı müasir müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verməklə yanaşı, xalqa və dövlətə xidmət prinsipinə söykənib. İstər Azərbaycan mədəniyyətinin və xalqımızın milli-mənəvi dəyərlərinin dünyaya daha yaxından tanıdılması, həmçinin tariximizin yaşadılması, Azərbaycan həqiqtlərinin beynəlxalq aləmdə yayılması istiqamətində danılmaz işlər görülüb. Heydər Əliyev Fondu Azərbaycanın digər ölkələrlə dialoqunun genişləndirilməsinə də töhfəsini verir.
Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Bu gün Fond təkcə sosial layihələrlə deyil həmçinin tarximizin, mədəniyyətimizin qoruyucusudur. O cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, tariximizin və mədəniyyətimizin təbliğat simvoludur.
XALQ.AZ Mehriban xanım Əliyevanın bu günə qədər təhsilimizin inkişafına, tariximizin qorunmasına və mədəniyyətimizin təbliğinə verdiyi töhfələri təqdim edir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi

На изображении может находиться: дерево, небо, растение, дом и на улице

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərdəkan qəsəbəsində yenidən qurulan Heydər Cümə məscidi

На изображении может находиться: небо, облако и на улице

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi

На изображении может находиться: небо, дерево и на улице

Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində əsaslı təmir edilən “İnci” körpələr evi-uşaq bağçası

На изображении может находиться: дом, небо и на улице

Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən Mərdəkan Mədəniyyət Sarayı

На изображении может находиться: дом и на улице

Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan Cümə məscidi

На изображении может находиться: небо и на улице

Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunan Nizami Gəncəvi Muzeyi

На изображении может находиться: на улице

Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Bakı bulvarının tarixi rəmzlərindən olan “Qu quşları” fəvvarə kompleksi

На изображении может находиться: небо, дерево, на улице, вода и природа

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Qax şəhərində inşa olunan körpələr evi-uşaq bağçası

На изображении может находиться: небо, облако, дом, дерево и на улице

Heydər Əliyev Fondu tərəfindən Dövlət Bayrağı Meydanı ərazisində yaradılan Daş salnamə muzeyi

На изображении может находиться: небо, дом, дерево и на улице

Heydər Əliyev Fondunun dəstəyi ilə Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunan 4 nömrəli tam orta məktəb

На изображении может находиться: на улице

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Cəlilabad şəhərində inşa edilən körpələr evi-uşaq bağçası

На изображении может находиться: небо, дерево, трава и на улице

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı rayonunda inşa edilən Dəmirçi Arxeologiya Muzeyi

На изображении может находиться: небо и на улице

Heydər Əliyev Fondunun dəstəyi ilə Ağdaş şəhərində inşa olunan tanınmış kaman ustası, Xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbi

На изображении может находиться: люди стоят, небо и на улице

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunun Binə qəsəbəsində yenidən qurulan İmam Rza məscidi

На изображении может находиться: небо и на улице

Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa edilən Məhsəti Gəncəvi Mərkəzi

На изображении может находиться: небо и на улице

Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa edilən Mirzə Şəfi Vazeh Muzeyi

На изображении может находиться: небо и на улице

Zaur Mirzə-zadə