Xəbər verdiyimiz kimi Operativ Qərargahın keçirdiyi brifinqdə sərt karantin rejiminin daha 2 həftə uzadılacağı bildirilib. Sərt karantin rejiminin uzadılması metronun da fəaliyyətinə təsir edəcəkmi?
Bununla bağlı Sonxeber.az-a danışan Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki,Metropolitenə bununla bağlı nə tapşırıq nə də tövsiyə daxil olub: “Operativ Qərargahın verəcəyi qərarla olacaq. Hazırda biz Operativ Qərargahla sıx əlaqədə işləyirik. Biz gündəlik üzərimizə düşən işləri Operativ Qərargahla tənzimləyirik. Operativ Qərargah hansı qərarı verərsə biz də o formada işlərimizi qurmağa tam hazırıq”.