Millət Vəkili Cavid Osmanov Covid-19 pandemiyası ilə bağlı ölkədə Novruz bayramından öncə qapanmanın gözləniləcəyini söyləyib.
Gulustan.info-ya verdiyi ekskluziv açiqlamada C.Osmanov bildirib ki, son günlər yenə də koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Hətta bu say sağalanların sayından iki dəfə çoxdur. Təbii ki bu vəziyyətə Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən daimi olaraq ciddi nəzarət olunur.
Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar yoluxmanın daha da artacağı gözləniləndir. Çünki xalqımızın bu bayramla əlaqəli adət-ənənələri var. Xüsusilə bayramlaşma və ailə böyüklərinin ziyarəti zamanı insanların toplaşma və ünsiyyəti çoxalır. Bu da dinamikanın mənfi səviyyəyə çatmasına səbəb olacaq. Əlbəttə ki, lazımı qabaqlayıcı tədbirlərin görülməsi üçün müəyyən şərtlər Operativ Qərargah tərəfindən qoyulacaq. Eyni zamanda dünyada və paralel olaraq ölkəmizdə vaksinləşmə prosesi aparılır. İnsanları bu prosesə qatılmağa dəvət edirəm.