Novruzdan sonra toyların keçirilməsinə icazə verilir? – AÇIQLAMAbackend

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsi qadağan olunub. Son günlər koronavirusa yoluxanların sayında azalma dinamikası davam edir. Bundan əlavə yanvarın 18-dən Azərbaycanda vaksinasiya başlanılıb. Yoluxmaların sayında azalma dinamikası davam edərsə, Novruz bayramından sonra toyların keçirilməsinə icazə veriləcəyi ilə bağlı iddialar səsləndirilir. Novruz bayramından sonra Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, hər şey gündəlik yoluxanların sayındakı dinamikadan və vaksinasiyanın nəticəsindən asılı olacaq:

“Hər şey ola bilər. Belə ki, yoluxanların sayında artma olarsa, yenidən qapadılmalara gedilə bilər. Ya da əksinə yoluxanların sayında azalma dinamikası davam edərsə və yoluxma minumuma düşərsə Novruz bayramından sonra az sayda insanla toyların keçirilməsinə icazə verilə bilər. Əlbəttə ki, bu qərarı vermək səlahiyyəti Operativ Qərargaha məxsusdur. Düşünürəm ki, o vaxta qədər Operativ Qərargah vəziyyəti düzgün analiz edərək toyların keçirilməsi ilə bağlı ən doğru qərarı verəcəkdir. Bu gün bu barədə konkret fikir səsləndirmək çətindir. Hər şey vətəndaşlarımızın qoyulan qaydalara əməl etməsindən və yumşalmalardan sui istifadə etməməsindən asılı olacaq. Əgər insanlarımız bugünkü kimi qaydalara əmət etsə, bir neçə aya koronavirusa yoluxanların sayı minumuma düşə bilər”.