“Ölkə rəhbərliyinin, eləcə də daxili işlər nazirliyinin, polis əməkdaşlarına göstərdiyi diqqət və qayğı, bu sahədə üzərimizə böyük məsuliyyət qoyur”- Ələkbər Xələfovbackend

Bütövlükdə həyata keçirilən bu və ya digər tədbirlər göstərir ki, narkotiklərlə mübarizə daxili işlər orqanlarının əsas strateji xəttini təşkil edir.

Bunu Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Ələkbər Xələfov “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.

“Ölkə rəhbərliyinin, eləcə də daxili işlər nazirliyinin, polis əməkdaşlarına göstərdiyi diqqət və qayğı, bu sahədə üzərimizə böyük məsuliyyət qoyur”, – o vurğulayıb.