“Təkcə ötən il ərzində narkotiklərlə mübarizədə keçirilmiş əməliyyat tədbirlərinə dair 584 süjet, 622 post və 4 sosial videoçarx hazırlanıb”.
Bunu Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Ələkbər Xələfov “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.
O bildirib ki, sözügedən materiallar KİV-lərdə və internet resurslarında yayımlanıb.