Övladı xəstə olan sürücünün cəriməsi DYP-nin şöbə rəisi tərəfindən ödənildi – VİDEObackend

Övladı xəstə olan sürücünün cəriməsi Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytanantı Rövşən Tağıyev tərəfindən ödənilib. Bu barədə vətəndaş özü video paylaşaraq bildirib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında paytaxtın Heydər Əliyev prospektində baş verib. Belə ki, xəstə uşağını klinikaya aparan şəxs – Elçin Əskərov qayda pozduğu üçün polis əməkdaşı tərəfindən cərimələnib. Sürücü məcbur qalaraq qayda pozuntusuna baş vurduğunu bildirib: “Uşağımı xəstəxanaya aparan zaman “Koroğlu” metrosu ərazisindən keçərkən yolu tanımadığım üçün dönüb qayda pozdum. Yol polisindən maşını parkinqdə saxlamaq üçün yer soruşdum. Çünki xəstəxananın yolunu tanımırdım, metro ilə gedəcəkdim. Uşağımın sudurqa keçirtdiyini və saat 3-də həkim qəbulunda olmalıyıq deyə bildirdim. Reseptini göstərərək cəriməni ödəyəcəyim zaman dərmanları ala bilməyəcəyimi qeyd etdim. Polis isə qayda pozduğum üçün 80 manat cərimə yazdı. Sonda heç bir söz demədən ərazidən uzaqlaşdım. Əsaslı səbəbim olduğu üçün BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyevə müraciət etdik. Sağolsun, o, bizə köməklik göstərərək cəriməni ödədi”.