7 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və blogerlər iştirak edib.
QHT.az xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova Dövlət Komitəsinin ailə dəyərləri, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı sosial mediada təbliğat işini yüsək qiymətləndirib.
O bildirib ki, dünyada sosial şəbəkə istifadəçilərinin sayı ilbəil artmaqdadır. Azərbaycanda da 5,20 milyon sosial şəbəkə istifadəçisi olduğunu qeyd edən R.Şirinova, bu rəqəmin artması ilə bir sıra mənfi tendensiyaların da yarandığını bildirib. O, zorakılıq halları daxil olmaqla bu mənfi tendensiyaların qarşısını almaq üçün aktiv sosial şəbəkə istifadəçiləri və blogerlərlə ünsiyyətin və əməkdaşlığın vacibliyini vurğulayıb.