Paşinyan Ermənistanın sabiq Müdafiə naziri Vaqarşak Harutyunyanı Baş nazirin baş məsləhətçisi vəzifəsinə təyin edib. Paşinyanın bu addımının Ermənistan Baş nazirinin mövqeyini müdafiə sahəsinə təslim etməkdir? Harutyunyan Gürcüstanın Axalkalaki bölgəsində anadan olub və Bakı Hərbi-dənizçilik məktəbinin məzunudur. Bu ona dəalalətdir ki, Paşinyanın yeni baş məsləhətçisi region haqda yetərincə bilgi və məlumatlara malikdir. Bununla yanaşı, Harutyunyan 1992-1994-cü iilərdə MDB ölkələrinin Birgə Silahlı Qüvvələri Baş Komandanlığı Baş qərargah rəisinin müavini, 1994-1999 MDB üzv ölkələrin Baş Qərargah rəisinin müavini – Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsi qismində fəaliyyət göstərib. Paşinyan Rusiyaya təslim olur?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Elman Nəsirov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq Müdafiə naziri Vaqarşak Harutyunyanın özünün baş məsləhətçisi vəzifəsinə təyin edib:
“Şübhəsiz ki, bu təyinat bir sıra sualları ortaya çıxarır. O cümlədən yaranan ilk sual ondan ibarətdir ki, özünün baş bəsləhətçisi təyin etdiyi keçmiş şəxs Robert Koçaryanın zamanında Müdafiə naziri işləyib. Yəni Robert Koçaryanın kadrı kimi tanınıb.
Belə olan vəziyyətdə Robert Koçaryana qarşı apardığı müdafiə və həbs edilməsi fonunda onun adamı hesab edilən şəxsi baş məsləhətçi təyin etməsi Ermənistanın daxilində də kifayət qədər suallar yaradıb. Mənə elə gəlir ki, burada diqqətdən yayınmayan əsas məsələ ondan ibarətdir ki, bu təyinat Nikol Paşinyanın öz istəyi ilə olmayıb. Məntiqlə baxsaq Paşinyan özünə baş məsləhətiçi kimi Robert Koçaryanın adamını seçməməliydi. Həmçinin də də nəzərə alsaq ki, yeni baş nazir 1992-1994-cü illərdə MDB ölkələrinin Birgə Silahlı Qüvvələri Baş Komandanlığı Baş qərargah rəisinin müavini və 1994-1999-cu illərdə MDB üzv ölkələrinin Baş Qərargah rəisinin müavini – Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsi qismində fəaliyyət göstərib.
Yəni birbaşa Rusiyanın adamı kimi ölkədə tanınmış şəxsdir. Deməli hazırda Rusiya tərəfindən Paşinyana təzyiqlər kifayət qədər artıb. Bir az da açıq desək Ermənistan son hərbi təxribatı fonunda Rusiyadan asılılığı daha da güclənib. Ermənistan dərk edib ki, Rusiyanın dəstəyi olmadan onun münaqişənin hərbi həlli ilə bağlı heç bir gücü yoxdur. Rusiya tərəfdən Ermənistana 400 ton həcmində silah-sürsatın göndərilməsi bir daha dəstəklədi ki, kifayyət qədər ondan asılılığı var. Ona görə də hesab edirəm bu təyinat Paşinyanın siyasi iradəsinin ziddinə olaraq həyata keçirilib. Artıq Paşinyan əvvəlki eyni zamanda iki stulda əyləşmək cəhdi onunun üçün ciddi problemlərə səbəb olduğunun fərqindədir. Eyni zamanda Rusiyanın Ermənistana 400 ton silah-sursat göndərməsi bütün aləmə agah oldu. Eyni zamanda qərb dairlərə də bunu bildi. Paşinyan onun da fərqindədir ki, qərbdən olan etimad da aşağı düşmüş oldu. Buna görə də Paşinyanın indiki təyinatı Ermənistanda Rusiyanın mövqeyini daha da gücləndirməyə xidmət edir. Paşinyanın ipə-sapa yatmayan siyasətçil obrazından çıxıb, Moskvanın diktəsi altında daha çox fəaliyyət göstərdiyini deməyə əsas verir”.