Polad Bülbüloğlu: “Stepanakert adını unudun, Xankəndi şəhəri var”backend

“Azərbaycan və Rusiya Qarabağdakı hərbi əməliyyatların dayandırılması parametrləri barədə razılığa gəliblər”.

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK-ya müsahibəsində deyib.

Səfir müqavilənin necə hazırlandığını, bunun Bakı üçün nə demək olduğunu və mülki əhalini nələr gözlədiyini danışıb.

O həmçinin vurğulayıb:

“Bu mövzuda yazan hər kəsdən Stepanakertin adını unutmalarını xahiş edəcəyəm, Azərbaycan ərazisində belə bir şəhər yoxdur. Xankəndi şəhəri var, xahiş edirəm bu adı yadda saxlayın”.