Prezident general-mayoru təltif etdi – SƏRƏNCAMbackend

Prezident İlham Əliyev Yaşar Ədilxan oğlu Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Y.Əliyev Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Yaşar Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayorudur.