Prezident iqamətgahında prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana ilk sifarişlər verildikdən sonra “Togg”un ikinci ünvanı Azərbaycan olub. Avtomobil nazir Varank tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı “HaberGlobal” yayıb.
Məlumatda bildirilib ki, sənaye və texnologiya naziri Mustafa Varank Anadolu rəngli “Togg”u Azərbaycan prezidenti İlham Əliyevə çatdırmaq üçün Azərbaycana gəlib:
Varank açıqlamasında “Biz bu maşını Azərbaycana gətirməkdən, Türkiyənin avtomobilini cənab Prezident İlham Əliyevə gətirməkdən və çatdırmaqdan qürur duyuruq”, – deyə bildirib.