Qeyd İctimai Birliyi narkomaniyaya qarşı mübarizə çərçivəsində “Zərərli vərdişlərə yox deyirik!” adlı layihəsi ilə İctimai TV’nin efirində yayımlanan MAG’ın qonağı oldu.
Qeyd edək ki, Qeyd İctimai Birliyinin icraçı direktoru Elnurə Cəfərzadə təşkilatın həyata keçirdiyi layihə barəsində geniş məlumat verib. Layihənin əsas məqsədi gəncləri zərərli vərdişlərdən çəkindirmək və “ağ ölümə” gedən yolun onların həyatının məhvinə gətirib çıxaracağını gözlər önünə sərmək idi. Layihə çərçivəsində digər təşkilatlar ilə əməkdaşlıq formatında gənclərlə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Layihə çərçivəsində maarifləndirici video çarx da hazırlanıb gənclərə təqdim olunub.
Əsas şüarı “Özünü, xəyallarını, gələcəyini öz əllərinlə zəncirləyib boğma!” olan bu video çarxda narkotik istifadəsindən sonra insanların məhvi qısa formatda əks olunub.