Şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya keçirilibbackend

“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə aprelin 2-də Ağdam və ətraf rayonlardan olan şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib. Müayinələr Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasınında paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkimlər tərəfindən aparılıb.

Keçirilən müayinələrin nəticələrdən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, yerində məsləhətlər verilib, digər patologiya müşahidə edilən şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Layihə çərçivəsində, həmçinin zəruri dərman vasitələri ilə təmin olunan xəstəlik aşakarlanmış şəxslərin növbəti mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və ehtiyac olduqda cərrahi əməliyyatları təmin ediləcək.

Qeyd edək ki, RİİB könüllülərinin yaxından dəstək verdiyi bu cür aksiyaların digər regionlarda da keçirilməsi nəzərdə tutulur.