Şəmkirdə yol qəzası oldu, xəsarət alanlar varbackend

Şəmkir rayonunda yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Əraziyə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.