Sənan Əliyev: İlham Əliyev xalqımızı bu pandemiya dövründə daha diqqətli olmağa və qaydalara daha ciddi riayət etməyə çağırırbackend

23 nömrəli Şəhər poliklinikasının baş həkimi Sənan Əliyev:

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında iştirakı Covid-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə 100 palata və 200 çarpayı yeri olan 3 korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunması, palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənməsi Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün yaradılan şəraitə dövlət qayğısının bariz nümunəsidir.
Ölkə başçısının təşəbbüsü ilə koronavirus ilə mübarizəyə dəstək fondu yaradıldı və ilkin olaraq, ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb.
Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım göstərmiş və bu proses hələ davam edir. Hər kəs yaxşı bilir ki, bu mübarizədə əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, bu vəziyyətdən az itkilərlə çıxa bilsin. Cənab Prezidentin çıxışında yumşalma dövründə bəzi vətəndaşların məsulliyyətsizlik göstərməsi nəticəsində son 10 gün ərzində yoluxanların sayının artdığını qeyd etməsi, bu çətin sınaq dövründə ölkə başçısının xalqımıza arxa və dayaq olub hər an qayğı və diqqətini əsirgəmədiyini göstərir.
Cənab İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası isə tam başqadır. Bir çox ölkələrdə xəstəliyi keçiriən insanlar ev şəraitində müalicə alırlar, onları heç bir xəstəxana qəbul etmir, bu isə onların sağlamlığına təhlükə yaradır. Azərbaycan Covid-19-dan ölənlərin sayının az olmasının səbəblərindən biri də yoluxmuş bütün xəstələr tibb müəssisələrinə qəbul edilir və lazımi tibbi xidmət göstərilir.
Prezident çıxışında qeyd edir ki, biz hər an ən çətin vəziyyətə hazır olmalıyıq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Hazırda onların sayı 20-dən çoxdur. Təsadüfü deyil ki, beynəlxalq aləmdə Azərbaycan koronavirusla bağlı Ümumdünya Səhiyyə Təşkilatı həm pandemiyanın ilk mərhələsində həm də sonrakı dövrdə operativ tədbirlərin görüldüyünü, bütün lazımi məhdudlaşdırıcı addımların atıldığını yüksək qiymətləndirərək, Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb.
Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, bütün bu işləri təşkil edən qurumların fəaliyyəti yüksək qiymətləndirilmlidir. Operativ qərargahın və TƏBİB- fəal işləyirlər. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını yüksək qiymətləndirirəm, onlar öz həyatlarını risk altına atırlar, aylarla öz ailə üzvlərini görə bilmirlər, çox ağır şəraitdə xüsusi geyimdə gecə gündüz xəstələrin yanındadırlar, onların həyatlarını xilas edirlər. Ölüm səviyyəsinin çox aşağı olması ilk növbədə həkimlərin peşəkarlığı və fədakarlığı hesabınadır.
Prezident hər bir vətəndaşa nümunə olaraq bir daha bildirdi ki, mən bütün qapalı yerlərdə maskadan istifadə edirəm və hər bir kəs maskadan istifadə etməlidir, ara məsafəni saxlamalı və şəxsi gigiyenanı saxlamalıdır.
Prezident İlham Əliyev xalqımızı bu pandemiya dövründə daha diqqətli olmağa və qaydalara daha ciddi riayət etməyə çağırır.
Biz səhiyyə işçiləri hər zaman ölkə başçısının diqqət və qayğısını hiss edirik, bu da bizdə ruh yüksəkliyi yaratmışdır. Biz inanırıq ki, tezliklə pandemiya bitəcək və biz ölkə olaraq qələbə qazanacağıq.
Dövlətin bizə göstərdiyi diqqət və qayğısı üçün ölkə prezidenti cənab İlham Əliyeva səhiyyə işçiləri və 23 nömrəli poliklinikanın kollektivi adından təşəkkürümüzü bildiririk.