Millət vəkili Sevinc Fətəliyeva seçiciləri onlayn qəbul edibbackend

Xüsusi rejimli karantin dövründə seçiciləri deputat Sevinc Fətəliyeva ilə onlayn əlaqə saxlayır. Əsasən telefon vasitəsilə problemləri barədə millət vəkilinə müraciatlər edirlər. Avqustun 11-də  seçicilərlə onlayın rejimdə görüş keçirmişdir.

Belə ki, günün ikinci yarısı millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada  seçicilər əlaqə saxlayıb və ona mövcud problemlər barədə məlumat veriblər. Müraciətlər əsasən şəxsi məişət problemləri ilə bağlı olub. Bəzi məsələlər yerindəcə həllini tapıb, digər məsələlərlə bağlı əlaqədar strukturlara müraciətin ediləcəyi bildirilib.