Ölkəmizin ən aktual probleminin Ermənistan –Azərbaycan muharibəsi olduğu heç kimə sirr deyil. Hazırda bu istiqamətdə gərginlik artıb. Məlum olduğu kimi, iyulun 12-dən etibarən, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində başlayan şiddətli döyüşlər davam edib. Düşmənin ağır hərbi texnikası, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilib. Ağır döyüşlər zamanı general-mayor Polad Həşimov, onunla bərabər bir neçə zabit və əsgərimiz qəhrəmancasına döyüşərək vətən uğrunda şəhid olub. İşğalçılar çoxlu sayda itki verərək geri otuzdurulub. Dövlətimiz nəinki geri çəkilib, hətta erməni tərəfinə elə bir dərs verib ki, bu andan etibrən Ermənistanı idarə edənlər təxribata əl atmaq istəyəndə iki dəfə düşünməli olacaq. Üç gün davam edən ağır döyüşlər sonunda bütün planları pozulan Ermənistan rəhbərliyi beynəlxalq aləmdə də rüsvay oldu.
Dövlət başçısı bütün vacib məsələlərlə bağlı xalq ilə səmimi ünsiyyət qurur, öz fikirlərini bölüşür, tövsiyyələrini dilə gətirir, xalqı narahat edən problemləri təhlil edərək çıxış yolu göstərir. Dəfələrlə onların sağlamlıqlarının qeydinə qalaraq, sosial məsafə və qoruyucu maskalardan istifadə etmələrini şəxsən tövsiyə edib. Məhz buna görədir ki, ermənilərin təxribatına cavab olaraq həmin gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində meydanları doldurdu, “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirərək Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına və dövlətə dəstəyini ifadə edib. Dəstək aksiyaları paytaxt Bakıda, Xırdalanda, Sumqayıtda və ölkəmizin digər bölgələrində də keçirilib. Bu onu göstərir ki, Azərbaycan xalqı dövlət başçısının siyasətini bütünlüklə dəstəkləyir, xalq-ordu vəhdətini möhkəmləndirərək cəmiyyətdə işğalçı düşmənə qarşı döyüş ruhunu daim yüksək saxlayır. Xalqın gözü tərəzidi deyiblər. Aranı qarışdırmaq istəyənlər belə xalq-dövlət həmrəyliyini poza bilmədi
Bu günlərdə Azərbaycan tək qalmadı. Qardaş Türkiyə Cümhuriyyəti və onun prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi hər zaman yanımızda olduğunu bəyan etdi. Eləcə də, Pakistan və Ukrayna dövlətləri də birmənalı mövqelərinin Azərbaycana dəstək olduqlarını bəyan etdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi haqda açıqlama verib. Prezidentimizin təşəbbüsü BMT tərəfindən dəstəkləndi və ölkəmiz qlobal təşəbbüskar dövlətə çevirildi. Bu cür 130-dan çox dövlətin dəstəklədiyi qlobal proseslərinin bundan sonra XİN tərəfindən daha da yaxşı aparılmasına əminik.
79 №-li tam orta məktəbin direktoru Sevinc Hacızadə