Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə 100 nəfər Vətən müharibəsi qazisi və onların övladlarının tibbi aksiyası həyata keçirilir.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirib ki, 23, 24, 25 iyun tarixlərində 3 gün davam edəcək. Tibbi aksiya zamanı qazilərimizə və onların övladları üçün bütün tibbi müayinələr, həkim qəbulu, labarator analizləri və digər tibbi xidmətlər pulsuz təşkil edilib.
İctimai birlik tərəfindən şəhid ailələri və qazilərə ictimai, siyasi, sosial dəstək yönümlü layihələr gələcəkdə də uğurla davam etdiriləcək.