SOCAR-dan benzinlə bağlı yeni AÇIQLAMAbackend

Koronavirus (COVID-19) pandemiyası ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi ilə bağlı işlərin gecikməsinə səbəb olsa da, müəssisədə yenidənqurma işləri dayandırılmayıb.

Bu barədə Kanal8-ə SOCAR-dan məlumat verilib.

Məlumata görə, zavodda yeni qurğuların ardıcıl istismara verilməsi istehsal olunan benzinin keyfiyyətinin yüksəlməsinə, daha təmiz ekoloji mühitin yaranmasına təkan verəcək.