SON DƏQİQƏ: Azərbaycanda yaşayış binasında uçqun, dağıntılar altında QALANLAR VARbackend

Sumqayıtda əsasən Qubadlı, habelə işğal altındakı digər rayonlardan olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında uçqun hadisəsi baş verib.

 

 

 

Buta.ws “Report”a istinadən xəbər verir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

 

 

 

İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Nəticədə 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar.

 

 

Hadisə zamanı dağıntılar altında daha 3 nəfərin qaldığı bildirilir. Əraziyə xilasedicilər cəlb edilib və hazırda təxliyə işləri aparılır. Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub.

 

 

 

XXX

 

 

 

Sumqayıtda binanın giriş hissəsinin uçması nəticəsində 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar.

 

 

 

“Report” xəbər verir ki, hadisə zamanı dağıntılar altında daha üç nəfərin qaldığı bildirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib və hazırda təxliyə işləri aparılır.

 

 

 

Bildirilir ki, ərazidən dördü azyaşlı olmaqla, beş nəfər təxliyyə olunub.

 

 

 

Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib.