SON DƏQİQƏ: azərbaycanlıların kəndinə giriş-çıxış TAM BAĞLANDIbackend

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndi koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tam təcrid olunub.

Buta.ws “Report”a istinadla xəbər verir ki, kəndə giriş-çıxış bağlanıb.

Digər iki kənd – Qaratəhlə və Ağtəhlə kəndləri ilə bağlı analoji qərar hələ qəbul olunmayıb.

Qeyd edək ki, son günlər Qardabaninin kəndlərində COVID-19-a yoluxma halları artıb.