Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com-”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1984-cü il təvəllüdlü Hüseynova Sevinc Hilar qızı bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.