Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə A.M.Şərifzadə küçəsində qeydə alınıb. “Hyundai” və “Mercedes” markalı nəqliyyat vasitələri “Hyundai” markalı sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində minik avtomobillərində olan 1993-cü il təvəllüdlü Məmmədli Fazil Əhməd oğlu və 1971-ci il təvəllüdlü Məlikzadə Zeynalabdin Malik oğlu, 1996-cı il təvəllüdlü Abdulrəhmanov Orxan Qabil oğlu və 2001-ci il təvəllüdlü Sadıqova Mehin Faiq qızı ağır bədən xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Z.Məlikzadədən başqa digər üç nəfərin vəziyyəti ağırdır. Hadisə şahidləri bildirir ki, qəza zamanı işıqfor işləməyib.
868
Son dəqiqə! Bakıda səhər üzü dəhşətli hadisə: Yaralılar var
!300×300
!728×90
www.busaat.az
www.xeberim.az
BƏNZƏR XƏBƏRLƏR
319
Hadisə
288
Hadisə
451
Hadisə