Yanvar ayının 16-sı səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrindəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə Oxu24.com-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. “Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, məlumatda bildirilib.