SON DƏQİQƏ: Ermənistan ordumuza qarşı TANKLARLA HƏRƏKƏTƏ KEÇDİ – MN-dən TƏCİLİ AÇIQLAMAbackend

Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib.

AZSABAH.COM-un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – məlumatda qeyd olunub.