SON DƏQİQƏ! Güclü yanğın başladı: Azərbaycanda BAZAR YANIR – FOTObackend

Bərdədə güclü yanğın hadisəsi başlayıb.

Metbuat.az xəbər verir ki, hadisə “Təzə Bazar” ərazisində qeydə alınıb.
Belə ki, geyim əşyalarının satıldığı ərazidə alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. (Report)