SON DƏQİQƏ: Operativ Qərargah MƏLUMAT YAYDIbackend

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 4 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada 40 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 210 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib. Hazırda 51 795 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 034, bu günə qədər isə ümumilikdə 2 115 991 test icra olunub.