SON DƏQİQƏ:Bu gündən daha bir qadağa qüvvəyə mindibackend

Bu gündən dekabrın 28-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 

Sonxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

 

Qərara əsasən, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

 

Qeyd edək ki, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın və Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb.