Tibbi avadanlıq istehsalı fabrikində YANĞINbackend

Ankarada fabrikdə yanğın baş verib. Day.Az xəbər verir ki, yanğın tibbi avadanlıq istehsalı fabrikində qeydə alınıb. Məlumata görə, alovlanma 4 mərtəbəli fabrik binasının tibbi avadanlıqlar yığılmış anbarında, alt mərtəbədə başlayıb və qısa zamanda genişlənib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Ərazi nəzarətə alınıb, araşdırmalara başlanılıb.