Tibbi mərkəzdə professional və peşəkar həkim heyəti cənub bölgəsinin sakinləri üçün bir araya toplanıbbackend

2020-ci ilin 17 sentyabr tarixindən Masallı şəhərində yerləşən MasMedical Center sizin sağlıq məkanınız olaraq fəaliyyət göstərir. Tibbi mərkəzdə professional və peşəkar həkim heyəti cənub bölgəsinin sakinləri üçün bir araya toplanıb.
Bununla yanaşı olaraq mərkəzin tərkibində “Referans laboratory” -ə məxsus olan MasMedical laboratoriyası faəliyyət göstərir. İstənilən növ qan analizlərinin nəticələri İSO 9001 keyfiyyəti ilə təsdiqlənmiş laboratoriyanın son model müasir texnologiyalı aparatları ilə hesablanaraq pasientlərə təqdim edilir.
Son illər geniş şəkildə yayılmış olan COVİD-19 infeksiyasını PZR testi vasitəsilə tam dəqiq olaraq pozitiv və ya neqativ olduğunu müəyyən etmək mümkündür. MasMedical laboratoriyası bunu nəzərə alaraq həm profilaktik müayinə məqsədi,həm də səfər uçuşları öncəsi COVİD-19 PZR analizlərini qəbul edir. Nəinki Masallı, həmçinin Astara rayonunda sakinlər üçün analiz nümunələrinin qəbul məntəqəsi yaradılmışdır. Bütün nümunələr toplanılaraq mərkəzi laboratoriyaya göndərilir və iki saat ərzində yoxlanılaraq nəticələr əldə edilir. Laboratoriya yerli sakinləri və xarici turistləri nəzərə alaraq analiz nəticələrini ingilis, rus və azərbaycan dillərində pasiyentlərə təqdim edilir.
Sağlamlığınızı peşəkarlara həvalə edin. Bu uzaqda deyil.
Ünvan: Masallı şəhəri, Qarabağ küçəsi 20.
Çağrı mərkəzi: *0033
Əlaqə vasitələri: +994508820033

Sona Ağazadə

Xeberim.az