İranın Çaharmahal-Bəxtiyari əyalətindəki Ərdəl rayonunda təşkil olunan toy mərasimində koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə mahal valisi Mahmud Kiyani ISNA-ya danışıb.
Onun sözlərinə görə, mərasimə qatılan 118 nəfərdən koronavirus testi götürülüb. 40 nəfərin nəticəsi pozitiv çıxıb.
Kiyani qeyd edib ki, kütləvi mərasimlər sayəsində yoluxma halları artdığına görə bundan sonra belə mərasim təşkil edənlər haqqında inzibati tədbirlər görüləcək.
Son rəqəmlərə görə, İranda 175 min 927 nəfər virusa yoluxub, 8 min 425 nəfər ölüb.