Toy, nişan, xınayaxadı keçirmək mümkün olacaq – BU SAATLAR DAXİLİNDƏbackend

Türkiyənin 3-cü böyük şəhəri olan İzmird və vilayətə tabe olan kənd və qəsəbələrdə toy, nişan, xınayaxadı, sünnət məclisi kimi el şənliklərinin keçirilməsi ilə bağlı qaydalara dəyişiklik edilib.

Publika.az xəbər verir ki, İzmir valisi Yavuz Selim Köşgerin imzaladığı qərarla vilayət üzrə keçiriləcək bu tipli məclislərin saat 14:00-dan gecə 23:00-dək keçirilməsinə icazə verilib. Sakinlər təyin edilmiş vaxt çərçivəsindən kənara çıxmamalı və qoyulmuş qaydalara uyğun məclis keçirməlidirlər.

Bu qərar yerli əhali tərəfindən məmnuniyyətlə qarşılanıb.